Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > “Lotu Quli”nin qətlinə görə daha 4 nəfər saxlanıldı - FOTO

“Lotu Quli”nin qətlinə görə daha 4 nəfər saxlanıldı - FOTO


3-07-2021, 11:23. Yazar: Xeberaz


Türkiyə polisi "Lotu Quli" ləqəbli məşhur azərbaycanlı kriminal avtoritet Nadir Səlifovun qətlində əli olan cinayətkar qruplaşmaya qarşı xüsusi əməliyyat keçirib.
Eyni zamanda dörd əyalətdə keçirilmiş xüsusi əməliyyat zamanı 4 nəfər saxlanılıb.
Xüsusi əməliyyatı İstanbul polisinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə şöbəsinin əməkdaşları daxil olan operativ məlumat əsasında keçiriblər. Xüsusi əməliyyat İstanbulda başlayıb və Ərzurumda, İzmirdə və Kocaelidə davam edib.
Bildirilir ki, qruplaşmanın lideri N. D. kimi təyin olunan şəxsdir. Polis, həmçinin saxlanılanların inisiallarını açıqlayıb - N. A., D. K, E. A və M. Y.
Xatırladaq ki, "Lotu Quli" ötən ilin avqustunda Antalyada hotellərin birində güllənənib. Onu yaxın adamı Xan Əhmədlinski (Xəqan Zeynalov) qətlə yetirib.

Geri dön