Ana Sayfa > Karusel / Gündəm / Səhiyyə > Əhaliyə yeni təhlükə ilə bağlı XƏBƏRDARLIQ: Ayıq-sayıq olun

Əhaliyə yeni təhlükə ilə bağlı XƏBƏRDARLIQ: Ayıq-sayıq olun


2-07-2021, 13:53. Yazar: Xeberaz

"COVİD-in yeni mutant variantı "Delta" hələ Azərbaycanda aşkar olunmasa da, bu virusun artıq dünyanın əksər ölkələrinə yayıldığını nəzərə alaraq, bizə də bu ştammın gəlməsi qaçılmazdır".
Bunu açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, "Delta" ştammının digər ştammlardan hazırki vəziyyətə görə əsas fərqi yoluxduruculuq qabiliyyətinin daha yüksək olmasıdır:
"Hər hansı bir ştamm ortaya çıxmasından asılı olmayaraq hazırda qorunma tədbirlərimiz standart olaraq qalır. Maska, əl gigiyenası, sosial məsafə, qapalı məkanların havalandırılması və vaksinasiyaya mütləq əməl olunmalıdır. Burada sadəcə vaksinasiya haqqında onu demək istəyirəm ki, hələ ki yeni ştammlara qarşı vaksinasiyanın nə dərəcədə qoruyucu olacağını öncədən heç kim müəyyənləşdirə bilməz.
Hazırda hər hansı bir vaksin yeni ştammdan da qoruyacaq deyə dəqiq bir söz deyə bilmərik. Ona görə də əhalini ayıq-sayıq olmağa, yenə də qorunma tədbirlərinə riayət etməyə çağırırıq. Xüsusən də toyların başlamasını, Azərbaycanda karantin rejiminin ciddi şəkildə yumşaldılmasını nəzərə alaraq əhalinin özü məsuliyyətli olmalıdır. Simptomları olan şəxslərdən xahiş edirik ki, belə bir məclislərdə iştirak edib istənilən bir xəstəliyin yayılmasına şərait yaratmasınlar. Əksinə olaraq, hamı bir-birini qorumağa çalışmalıdır ki, yeni ştammlar Azərbaycana gəlməsin. Amma sərhədlərin müəyyən qədər açıq olmasını, xarici ölkələrə gediş-gəlişin müəyyən qədər olmasını nəzərə alaraq COVİD-in yeni mutant variantlarının Azərbaycana da gəlmək ehtimalı var.
Bu ştammın digər ştammlardan hazırki vəziyyətə görə əsas fərqi yoluxduruculuq qabiliyyətinin daha yüksək olmasıdır. Ümumiyyətlə geriyə baxsaq hər yeni yaranan mutant variant, yeni ştamm digər ştammdan daha yoluxdurucu olur. Xəstəliyi təqib etdikdə isə hazırda yoluxanların sayında və onların simptomarında böyük fərq olmasa da, yaxın günlərdə daha aydın olacaq. Xüsusən də vaksinasiya olunanlar arasında xəstəliyin necə cərəyan etdiyinə dair tam bir məlumat yoxdur"

Geri dön