Ana Sayfa > Karusel / Hadisə > Xəzər dənizində gözlənilməz hadisə - Balıqlar kütləvi şəkildə tələf oldu

Xəzər dənizində gözlənilməz hadisə - Balıqlar kütləvi şəkildə tələf oldu


2-07-2021, 11:09. Yazar: Xeberaz

Rusiya Federasiyasının Dağıstan Respublikasının Xəzər dənizi sahillərində balıqların kütləvi ölümü baş verib.
"İnterfaks"a verilən məlumata görə, bu barədə Dağıstanın Regional İdarəetmə Mərkəzindən bildiriblər.
Məlumatda deyilir: "Tədqiq olunan sahildə çox sayda kiçik növ (sazan və dabanbalığı) ölü balıq tapıldı. Hadisənin qeydə alındığı ərazi 100 hektardan çox olduğu üçün balıqların dəqiq sayılması mümkün deyil".
Qeyd edilir ki, balıqların ölümündə texnogen faktorlar qeydə alınmayıb. Balıqlar təbii hadisə nəticəsində ölüb.

Geri dön