Ana Sayfa > Karusel / Maraqlı > Çox tərləyənlər üçün - Pis qoxunu aparan TƏBİİ VASİTƏLƏR

Çox tərləyənlər üçün - Pis qoxunu aparan TƏBİİ VASİTƏLƏR


29-06-2021, 11:39. Yazar: Xeberaz


Tərləmək və tər vəzilərinin fəaliyyəti təbii hal hesab olunur. Ancaq bəzən həmin vəzlərin fəaliyyətinin artması nəticəsində pis qoxu yaranır.
Tər qoxusunun qarşısını alan təbii üsulları təqdim edirik:
1. Limon suyu - Ovcunuzun içinə damcılatdığınız bir neçə damcı limonu qoltuq altına sürtməniz yetərli olacaq. Bu üsul ən az 12 saat təsirli olur.
2. 1 sprey şüşəsi, alma sirkəsi, su - Alma sirkəsinin miqdarını sudan bir az artıq götürün. Hər ikisini sprey şüşəsinə doldurub çalxalayın. Gün ərzində bir, ya iki dəfə istifadə etməniz yetərli olacaq. Tərləsəniz də, təxminən 8 saat qoxu hiss etməyəcəksiniz.
3. Limon və alma sirkəsini qarışdırın, pambıqla batırıb qoltuqaltına sürtün. Əgər qoltuqaltı qaralması kimi şikayətiniz varsa, limon damcıları rənginin açılmasına yardım edəcək.


Geri dön