Ana Sayfa > Karusel / Hadisə / Dünya / Xəbəraz TV > Ögey anasını bıçaqlaraq öldürən 13 yaşlıdan qandonduran ifadə: Bir ildir planlayırdım - VİDEO

Ögey anasını bıçaqlaraq öldürən 13 yaşlıdan qandonduran ifadə: Bir ildir planlayırdım - VİDEO


29-06-2021, 11:15. Yazar: Xeberaz


Tekirdağda (Türkiyə) ögey anasını açar ilə öldürən 13 yaşlı qızın ifadələri qan dondurub.
Ogey anasına nifrət etdiyini söyləyən qız "bu cinayəti bir ildir planlaşdırırdım. Hamını öldürəcəkdim, amma ögey anamı öldürdükdən sonra insanları öldürməyin o qədər də asan olmadığını başa düşdüm" deyib. Məlumata görə, gecə növbəsində çalışan fabrik işçisi İ.O. səhər evə gələrkən arvadını otaqda hərəkətsiz, qan içində tapıb.
Tibb və polis qruplarına xəbər edilib. Evdə olmadığı bilinən qızı E.N.O-nun axtarışına başlanılıb. Bir müddət sonra bir taksi sürücüsü polisə zəng edərək Çorludan götürdüyü qızın şübhəli hərəkət etdiyini bildirib. Polis onun çantasından qətlin alətini tapıb.


Geri dön