Ana Sayfa > Karusel / İqtisadiyyat / Özünü Tanıd > Azərbaycan otellərində ŞOK QİYMƏTLƏR - Bir gecəsi 22 MİN MANAT
Azərbaycan otellərində ŞOK QİYMƏTLƏR - Bir gecəsi 22 MİN MANAT26-06-2021, 12:44. Yazar: Xeberaz |
Pandemiyadan və qapanmalardan sonra yenicə dirçəlməyə başlayan turizm sahəsində daha aşağı qiymətlərin təklif olunacağı gözlənilirdi. Amma yanılmısınız... Otel sahibləri sanki pandemiyanın acığını turistlərdən çığmağın qəsdinə durublar. Bizim.Media ölkəmizdə otel qiymətləri ilə bağlı araşdırma aparıb. Bakının beş ulduzlu otellərində bir günlük iki böyük, iki uşaq üçün, iki otaqlı otel təklifləri belədir: Four Seasons Hotel Baku - 2,985 manat JW Marriott Absheron Baku - 1,946 manat Fairmont Baku - 1,248 manat Hyatt Regency Baku - 1,192 manat Hilton Baku - 1,171 manat Fly İnn Baku - 980 manat Promenade Hotel Baku -864 manat Theatrum Hotel Baku – 790 manat Beş ulduzlular arasında 500 manatdan aşağı olan qiymətlərlə rastlaşmaq da mümkündür: Bilgah Beach Hotel – 500 manat Holiday İnn Baku – 475 manat Ulduzların sayını azaltsaq: Shah Palase Hotel – 640 manat Teatro Boutique Hotel – 432 manat Harmony Hotel Baku – 430 manat 200 manat ətrafında olan otel təkliflərinə gəlincə: Aksent Hotel – 220 manat Sahill İnn Hotel – 210 manat Villa İnn Hotel – 143 manat Regionların 4 ulduzlu otellərində təkliflər: Vego Hotel (Gəncə şəhəri) – 248 manat Maricel Astara Resort Hotel – 170 manat İsmayıllı Resort Hotel – 250 manat Beş ulduzlu otellərin “Prezident dairəsi” adlanan otaqlarında bir gecəlik təkliflər isə təxminən 10 000-22 000 manat arasında dəyişir. Geri dön |