Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakı-Sumqayıt şossesində ağır yol qəzası: ölən və yaralananlar var - FOTO

Bakı-Sumqayıt şossesində ağır yol qəzası: ölən və yaralananlar var - FOTO


26-06-2021, 11:40. Yazar: Xeberaz


Bakı-Sumqayıt şossesində ölümlə nəticələnən ağır qəza baş verib.
Hadisə şossesinin Abşeron rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
Sumqayıt istiqamətindən şəhər istiqamətinə hərəkətdə olan Qulu Ağayev idarə etdiyi "Renault" markalı nəqliyyat vasitəsi ilə idarəetməni itirərək yol ayrıcındakı beton piltəyə çırpılıb. Beton parçası isə əks istiqamətdə, 1991-ci il təvəllüdlü Baxşıyev Nicat Nazim oğluna məxsus "Hyundai" markalı avtomobilin ön şüşəsinə dəyib. Zərbənin gücündən beton parçası şüşəni yararaq avtomobildə olan sərnişin, 2003-cü il təvəllüdlü Məmmədov Tofiq İlham oğlunun baş nahiyyəsinə xəsarət yetirib. Sərnişin hadisə anında dünyasını dəyişib.
Hadisəyə səbəb olan Q.Ağayev və N.Baxşıyev ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb. Hazırda şossenin hər iki istiqamətində tıxac yaranıb.

Geri dön