Ana Sayfa > Karusel / Gündəm > Sabah iyun ayının ən isti günü olacaq - XƏBƏRDARLIQ

Sabah iyun ayının ən isti günü olacaq - XƏBƏRDARLIQ


23-06-2021, 10:37. Yazar: Xeberaz




İyunun 24 və 25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42 dərəcə isti olacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sözügedən günlərdə respublikanın rayonlarında 35-40, Aran rayonlarında isə 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.  
Tibbi-meteoroloji proqnoza gəlincə isə Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.



Geri dön