Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda 8-ci sinif şagirdi "PUBG" oyununa görə döyüldü - 5 gün komadan sonra öldü - TƏFƏRRÜAT

Azərbaycanda 8-ci sinif şagirdi "PUBG" oyununa görə döyüldü - 5 gün komadan sonra öldü - TƏFƏRRÜAT


23-06-2021, 10:31. Yazar: Xeberaz

Azərbaycan "PUBG" oyununa görə, 8-ci sinif şagirdi döyülərək, öldürülüb.
İyunun 15-i Ağsu şəhərində 8-ci sinif şagirdi Məmişov Nihad Vüqar oğlu tanımadığı şəxslər tərəfindən çağırılıb. Ailəsinə birazdan qayıdacağını deyən yeniyetmə evdən çıxaraq gedib. Sonra ailəsi onu döyülmüş vəziyyətdə aşkarlayıb. Xəsarət alan məktəbli öncə Ağsudakı xəstəxanaya, sonra isə Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb. 
Beş gün komada qalan N.Məmişov dünyasını dəyişib. Hazırda faktla bağlı hüquq muhafizə orqanları tərəfindən araşdırma aparılır.

Geri dön