Ana Sayfa > Karusel / Şou-Biznes / Foto-fakt > “Səni həmişə və həmişəlik sevirəm” - Suada - FOTO

“Səni həmişə və həmişəlik sevirəm” - Suada - FOTO


22-06-2021, 10:59. Yazar: Xeberaz


Azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm instaqramda həyat yoldaşı ilə yeni fotolarını paylaşıb.
O, paylaşımında "Biz, nəhayət ki, bunu etdik" sözlərini yazıb. K. Van Damm, həmçinin #HappilyEverAfter həştəqini əlavə edib.
Fotoları şərh edən S. Hacızadə instaqramda bunları yazıb:
"Səni həmişə və həmişəlik sevirəm. İnşallah, hər şey möhtəşəm olacaq!".
Xatırladaq ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.

Geri dön