Ana Sayfa > Karusel / Hadisə > Sabirabadda dəhşət-Məzun gecəsində 17 yaşlı qızı sevgilisi bıçaqladı

Sabirabadda dəhşət-Məzun gecəsində 17 yaşlı qızı sevgilisi bıçaqladı


21-06-2021, 11:23. Yazar: Xeberaz


Məzun gecəsində 17 yaşlı qız bıçaqlandı


Sabirabad rayonunda məzun gecəsi şənliyində 17 yaşlı qız bıçaqlanıb.
DİN Mətbuat xidmətindən bildirilib ki, dünən rayonun Surra kəndində yerləşən “Ana Kür” restoranında məktəblilərin təşkil etdiyi məclisdə bıçaqlanma hadisəsi baş verib.
Sabirabad sakini, 2002-ci il təvəllüdlü Qasımlı Sübhan Eldəniz oğlu həmyerlisi, 2004-cü il təvəllüdlü N. N.-i kürək nahiyəsindən bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, hazırda həmin şəxsin saxlanılması istiqamətində istintaq tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin məlumata görə, Sübhan N.-i sevirmiş. S.Qasımlı onu bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.


Geri dön