Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO

Bakıda çimərliyi insanların üzünə bağladılar - FOTO


16-06-2021, 15:23. Yazar: Xeberaz

Bakı çimərliyi açılar-açılmaz vətəndaşlar üçün müəyyən problemlər yaranıb.
Sosial şəbəkələrdə yazılanlara görə, Bilgəh qəsəbəsində "Bağçılar" çimərliyinə gedən giriş vətəndaşlar üçün hasarlanıb.
Belə ki, çimərliyə giriş yol dəmir arakəsmə ilə bağlanıb. Bu da haqlı olaraq vətəndaşların narazılığına səbəb olub.
Məsələyə aydınlıq gətirmək üçün Sabunçu rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Qurumdan  verilən məlumata görə, bu məsələ araşdırılacaq. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək.

Geri dön