Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Leyla Şıxlinskaya klinikası bağlandı- Yenilənib

Leyla Şıxlinskaya klinikası bağlandı- Yenilənib


10-08-2015, 16:28. Yazar: Xeberaz
Leyla Şıxlinskaya klinikası bağlandı- Yenilənib

Azərbaycanın bağlanmış tibb ocaqlarının sırasına daha biri qoşulur. Bu dəfə Bakının ən tanınmış klinikalarından biri qapanır.


Xeberaz.az xəbər verir ki, Milli.Az-a daxil olan məlumata görə, Leyla Şıxlinskaya klinikası fəaliyyətini dayandırır. Klinikaya növbəti fəaliyyəti üçün lisenziya verilmədiyi deyilir. Klinika bağlandığına görə artıq həkim heyəti başqa müəssisələrdə özünə iş tapıb.

Tibb ocağı isə qapılarının bağlanmasını təmirlə əlaqələndirir. Klinikadan Milli.Az-a bildirildi ki, hazırda müəssisə lisenziya almaq ərəfəsindədir. Beş illik lisenziyanın vaxtı bitmək üzrədir. Ona görə də klinika müvəqqəti olaraq təmirə dayanır.

Qeyd edək ki, əsasən ginekoloji sahə üzrə məşhurlaşan L.Şıxlinskaya kilinikasının tanınmış ginekoloq və uşaq həkimləri müxtəlif vaxtlarda paytaxtın başqa tibb müəssisələrinə keçiblər. Bundan başqa, Bakıda fəaliyyət göstərən bir neçə klinikaya lisenziya verilmədiyindən fəaliyyətini dayandırıb.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Leyla Şıxlinskaya klinikasının fəaliyyəti üçün verilən lisenziya müddəti bitib: “Onlar lisenziya müddətinin uzadılması ilə bağlı bağlı Səhiyyə Nazirliyinə müraciət ediblər. Hazırda həmin müraciətə baxılır, yaxın günlərdə cavab veriləcək”.
Geri dön