Ana Sayfa > Karusel / Dünya / M2 > Belarusda sənədsiz yemiş satan azərbaycanlını saxladılar

Belarusda sənədsiz yemiş satan azərbaycanlını saxladılar


10-08-2015, 16:23. Yazar: Xeberaz
Belarusda sənədsiz yemiş satan azərbaycanlını saxladılar
Yoxlama aparılır.

Baranoviç bazarında (Belarus şəhəri –red.) azərbaycanlıdan 500 kq yemiş müsadirə ediblər.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, kişinin satış üçün lazımi sənədləri olmayıb.

Avqustun 8-də səhər, Çernışevski küçəsində yerləşən “Kooperativni” bazarında hüquq-mühafizə orqanlarının və vergi inspeksiyasının əməkdaşları yemiş satan 50 yaşlı Azərbaycan vətəndaşını saxlayıblar.

Malın satılması üçün satıcıda lazımi sənədlər olmayıb. Ümumilikdə 10 milyon rubl dəyərində 500 kq yemiş müsadirə edilib.

Yoxlama aparılır.
Geri dön