Ana Sayfa > Karusel / Şou-Biznes > Damlanın yuvasını dağıdan, oğlunu atasız qoyan kimdir? - Müğənnidən Etiraf

Damlanın yuvasını dağıdan, oğlunu atasız qoyan kimdir? - Müğənnidən Etiraf


15-06-2021, 11:11. Yazar: Xeberaz


"Çox az müddət ailəli qaldım. Bu evliliyə görə peşman deyiləm. Çünki yaşama səbəbim oğlum var. Yaşandı, bitdi. İndi arada hörmət var. Mən yox, övladım atası ilə görüşür".
Bu sözləri müğənni Damla stilist Anar Ağakişiyevin "Dəyişən cavab" proqramında deyib. İfaçı keçmiş həyat yoldaşından ayrılma səbəbini açıqlayıb. O bildirib ki, əri başqası ilə ailəli ola-ola onunla evlənib:
"Keçmiş həyat yoldaşım məni 17 yaşımda qaçırıb. İndi ailəlidir, övladı var. Allah xoşbəxt etsin, evliliyi daimi olsun. Xəyanət haqda danışmaq istəmirəm. Evləndikdən sonra xaricə getdik. Onun orada başqa ailəsi var idi, buna görə də evlilik bitdi. Yuvamı yıxdılar, oğlumu atasız qoydular. Ona görə də heç bir qadına onu yaşatmaram. Heç bir insanın həyatı və duyğuları ilə oynamaq olmaz".

Geri dön