Ana Sayfa > Karusel / Maraqlı / Texnologiya > Apple yeni iPhone-u sentyabrın 9-da təqdim edəcək

Apple yeni iPhone-u sentyabrın 9-da təqdim edəcək


10-08-2015, 15:33. Yazar: Xeberaz
Apple yeni iPhone-u sentyabrın 9-da təqdim edəcək
BuzzFeed adətən tarix proqnozunda səhv etmir.

Apple sentyabrın ikinci həftəsində iPone smartfonunun yeni versiyasını və yeni Apple TV-ni təqdim edəcək, BuzzFeed News məlumatlı mənbələrə istinadən bildirib.

Mənbələr ehtimal edilən tarixin 9 sentyabr olduğunu bildiriblər.

İnternet-nəşr xatırladır ki, keçən il bu qəbildən olan tədbir sentyabrın 9-da keçirilib.

Apple-dan rəsmi təsdiq və ya təkzib hələ ki yoxdur.

Apple-in fəaliyyətini izləyən digər nəşrlər, BuzzFeed-in adətən tarix proqnozunda səhv etmədiyini qeyd ediblər.
Geri dön