Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda kişi keçmiş həyat yoldaşının ərini bıçaqladı

Azərbaycanda kişi keçmiş həyat yoldaşının ərini bıçaqladı


6-06-2021, 10:51. Yazar: Xeberaz


Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Kənd sakini 1986-cı il təvəllüdlü Vasif Həsənov 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilir. İlkin araşdırma zamanı məlum olub ki V.Həsənovu şəxsi münasibətlər zəminində qonşusu 1982-ci il təvəllüdlü Vüsal Hüseynov bıçaqlayıb. Hadisəsi törədən şəxs Şəmkir Rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, bıçaq xəsarətləri alan şəxsin hadisəni törədənin keçmiş həyat yoldaşının əri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Geri dön