Ana Sayfa > Karusel / Hadisə > Telefonu əlindən alınan qız özünü Kürə atdı

Telefonu əlindən alınan qız özünü Kürə atdı


4-06-2021, 10:02. Yazar: Xeberaz

Telefonu əlindən alınan qız özünü Kürə atdı



Mingəçevirdə yeniyetmə intihara cəhd edib.
Məlumata görə, şəhər sakini, 2007-ci il təvəllüdlü Nuray Sayadova özünü Kür çayına ataraq intihar etmək istəyib.
N.Sayadova çayda balıq ovlayan şəhər sakini Elgin Əlicanov tərəfindən xilas edilərək sahilə çıxarılıb.
İlkin məlumata görə, yeniyetmənin intihara cəhd etməsinə ailə üzvlərinin mobil telefonunu əlindən alması səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Geri dön