Ana Sayfa > Karusel / Hadisə / M2 > Turistin qızı gözü qabağında can verdi - "Yad əl dəyməsin, boğulsun"

Turistin qızı gözü qabağında can verdi - "Yad əl dəyməsin, boğulsun"


10-08-2015, 14:10. Yazar: Xeberaz
Turistin qızı gözü qabağında can verdi - "Yad əl dəyməsin, boğulsun"
Dubayda bir adam qızına toxunmasınlar deyə, sahildəki xilasediciləri dayandıraraq qızının boğulmasına səbəb olub.
"Emirates 24/7" saytına müsahibə verən Dubay polisi Axtarış Qurtarma Departamentinin rəisi polkovnik Əhməd Burqibah, qan donduran hadisəni belə qeyd edib:

"Bir immiqrant sahildə həyat yoldaşı və uşaqları ilə birlikdə idi. 20 yaşındakı qızı dənizdə üzmək istəyib. Lakin gənc qız axıntıya qapılıb və çırpınmağa başlayıb. Qışqırıqları eşidən iki xilasedici köməyə gəlib. Həmin vaxtda qızın atası, əcnəbi adamların qızına toxunmasına icazə verməyəcəyini söyləyərək xilasedicilərə mane olub. Yad bir kişinin ona toxunmasının yerinə qızının ölməsini istədiyini söyləyib".

Xilasedicilər sonda dənizə girib qızı sudan çıxara biliblər. Lakin talesiz qızın həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Dubay polisi, asiyalı turisti həbs edib.
Geri dön