Ana Sayfa > Karusel / Maraqlı / M2 > Doğuş zamanı 9 litr qan itirən qadın - qızına görə həyatda qaldı - FOTOLAR

Doğuş zamanı 9 litr qan itirən qadın - qızına görə həyatda qaldı - FOTOLAR


10-08-2015, 14:08. Yazar: Xeberaz
Doğuş zamanı 9 litr qan itirən qadın - qızına görə həyatda qaldı - FOTOLAR
36 yaşlı Xizer Fişer adlı qadın doğuş zamanı köhnə qeysəriyyə əməlyatının tikişi açıldığı üçün 9 litr qan itirib. Həkimlər bunun bir insan orqanizmində olan qandan 2 dəfə çox olduğunu deyiblər.

Həyat yoldaşı Din dəhşət içərisində həkimlərin dəhlizdə Xizerə necə qan axtardıqlarını və onun həyatı üçün ora-bura qaçdıqlarını izləyirdi. Həkimlər xəstəxanaya bütün ailə üzvlərini belə çağırmışdılar.Çünki ananı xilas etməyin mümkün olmayacağını düşünürdülər.

Ağır hamiləlik dövrü keçirən ananın doğuş sancıları vaxtından tez başlamışdı.

“Sonuncu dəfə xatirladığım yalnız mənə vurulan epidural anesteziya olub, mən beli üstə uzanmışdım və mənə qızım Jasmini göstərdilər. Sonradan həkimlər mənə dedilər ki, qan üçün yenidən banka müraciət etməli olublar”.

Yerli həkimlər bunu praktikanlarının ən mürəkkəb halı adlandırıblar. Əslində onlar Xizeri artıq itirdiklərini düşünüblər. Xoşbəxtlikdən ana və körpənin vəziyyəti normaldı. Bu yaxınlarda ananı evdəki dörd övladının yanına buraxacaqlar.




Geri dön