Ana Sayfa > Karusel / Hadisə > Avtomobillə motosiklet toqquşdu, bir qardaş öldü, digəri xəsarət aldı

Avtomobillə motosiklet toqquşdu, bir qardaş öldü, digəri xəsarət aldı


31-05-2021, 17:45. Yazar: Xeberaz


Neftçalada ölümlə nəticələnən yol qəzası baş verib.
90 SV 435 dövlət qeydiyyat nişanlı "Ford Transit" markalı avtomobillə "İJ" markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü - 1989-cu il təvəllüdlü Səmədov Seymur Ağaqulu oğlu və sərnişini olan qardaşı - 1990-cı il təvəllüdlü Səmədov Ağabala Ağaqulu oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki qardaş təcili olaraq Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, Seymur Səmədovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Geri dön