Ana Sayfa > Karusel / Hadisə > Bakıda ər və arvad bir-birinə 15 bıçaq zərbəsi vurdu
Bakıda ər və arvad bir-birinə 15 bıçaq zərbəsi vurdu30-05-2021, 14:07. Yazar: Xeberaz |
Bakıda ər və arvad bir-birini bıçaqlayıb. Hadisə Xəzər rayonunda qeydə alınıb. Rayonun Mərdəkan qəsəbəsində ailə münaqişəsi zəminində bir-birilərini bıçaqlayan, 1978-ci il təvəllüdlü Namiq Rəsulov və onun həyat yoldaşı 1984-cü il təvəllüdlü Rəsulova Fərqanə Mahmud qızı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı N.Rəsulovun bədəninin müxtəlif yerlərində 7 ədəd kəsilmiş-deşilmiş, F. Rəsulovanın isə bədəninin müxtəlif yerlərində 8 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. Hər iki şəxs əməliyyat olunub, vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Hadisənin təfərrüatı Xəzər Rayonu Polis İdarəsində araşdırılır. Geri dön |