Ana Sayfa > Karusel / Hadisə / Dünya > Onlarla qadını öldürüb həyətdə basdırıb - İnanılmaz olay hamını heyrətə saldı

Onlarla qadını öldürüb həyətdə basdırıb - İnanılmaz olay hamını heyrətə saldı


22-05-2021, 11:21. Yazar: Xeberaz


Salvadorda keçmiş polis əməkdaşı onlarla qadını öldürüb, meyitlərini isə həyətində basdırıb.
Bu barədə Britaniyanın The Guardian qəzeti yazıb. 51 yaşlı eks-polis əməkdaşı Uqo Ernesto Osorio Çavesi keçən ay polis əməkdaşları qadın və qızını öldürməyə görə saxlamışdılar. Bundan əvvəl isə onu seksual cinayətlərdə günahkar bilmişdilər.
Evdə axtarış zamanı içərisində qadın meyitləri olan 7 quyu aşkar olunub. İndiyə qədər 24 qadın meyiti aşkarlanıb, onların yaşı 40-ı keçmir. Polis daha 9 şübhəli şəxsin həbsinə order verib. Onların arasında polis və ordu zabitləri var. Evin ətrafında onlarla insan toplaşıb. Onlar öldürülənlərin arasında yaxınlarının olacağına ümid edirlər.

Geri dön