Ana Sayfa > Karusel / Texnologiya > "WhatsApp"da unikal yenilik olacaq

"WhatsApp"da unikal yenilik olacaq


22-05-2021, 11:16. Yazar: Xeberaz


"WhatsApp" messenceri yazışmaların saxlanmasını və digər qurğuya keçirilməsini daha da rahatlaşdıran yeni funksiya hazırlayır.
Xeberaz.az xəbər verir ki, yeni funksiya digər telefon nömrəsinə və fərqli əməliyyat sisteminə keçirməyə imkan verəcək.
Hazırda "WhatsApp"da yazışmaları yalnız mövcud nömrəyə və eyni əməliyyat sistemində köçürmək mümkündür.
Mütəxəssislərin fikrincə, yeni funksiya messencerin növbəti yenilənmələrindən birində işə düşəcək. Funksiyanın alqoritmləri "Android" və "iOS" əməliyyat sistemləri üçün hazırlanır.

Geri dön