Ana Sayfa > Karusel / Hadisə > Sabirabadda dəhşətli qətl: Oğlunu atasının gözü qarşısında öldürdülər

Sabirabadda dəhşətli qətl: Oğlunu atasının gözü qarşısında öldürdülər


19-05-2021, 12:12. Yazar: Xeberaz


Sabirabad rayonunda qonşusunu qətlə yetirməkdə təqsirli bilinən İftixar Muradovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
10.12.2020-ci il tarixdə Sabirabad rayon sakini Sakit Nuruşovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qonşusu İftixar Muradov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atasının gözləri qarşısında çoxsaylı xəsarətlər yetirərək Sakit Nuruşovu qəsdən öldürüb.
İftixar Muradov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.




Geri dön