Ana Sayfa > Karusel / Gündəm / Reportaj > Abşeronda dəhşətli qəza, ölən və yaralananlar var - VİDEO - FOTO

Abşeronda dəhşətli qəza, ölən və yaralananlar var - VİDEO - FOTO


19-05-2021, 11:33. Yazar: Xeberaz


Bakı-Şamaxı şossesində qəza zamanı bir nəfər ölüb.
Yol-nəqliyyat hadisəsi şossenin Atyalı yaşayış massivinə düşən ərazisində qeydə alınıb.
Ağayev Elnur Fikrət oğlu 99-EF-564 dövlət nişanlı "Nissan" markalı avtomobili idarə edərkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi maneəyə çırpılaraq aşıb.
Qəza nəticəsində sürücünün bacısı - sərnişin, 1992-ci il təvəllüdlü Səlimova Sürəyya Mirsadiq qızı hadisə yerində ölüb. Sürücü E.Ağayev və onun xalası oğlu sərnişin Nicat Məmmədov ağır bədən xəsarətləri alıb.

Geri dön