Ana Sayfa > Karusel / Gündəm > "8 noyabr" stansiyası Xudayarın səsi ilə elan olunacaq? - Metropolitendən AÇIQLAMA

"8 noyabr" stansiyası Xudayarın səsi ilə elan olunacaq? - Metropolitendən AÇIQLAMA


18-05-2021, 13:30. Yazar: Xeberaz

"Bakı Metropoliteni" QSC yeni açılacaq "8 noyabr" stansiyasının şəhid Xudayar Yusifzadənin səsi ilə elan olunması ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı barədə açıqlama verib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, adıçəkilən səs yazısı montajdır: "Əziz şəhidimizin səsi və "8 Noyabr" stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Hazırda belə bir şey yoxdur. Bu, quraşdırma və montajdır".

Geri dön