Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > Komandirin diz çökdürdüyü PKK-lılarla bağlı - Dəhşətli faktlar üzə çıxdı - VİDEO

Komandirin diz çökdürdüyü PKK-lılarla bağlı - Dəhşətli faktlar üzə çıxdı - VİDEO


9-08-2015, 19:05. Yazar: Xeberaz
Komandirin diz çökdürdüyü PKK-lılarla bağlı - Dəhşətli faktlar üzə çıxdı - VİDEO
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Türkiyə xüsusi təyinatlılarının PKK terrorçularına qarşı keçirdiyi əməliyyatın görüntüləri yayılıb.

ATV.az xəbər verir ki, görüntülərdə türk komandir əlləri qandallanaraq yerə uzadılan terrorçulara, "Hamınızı tanıyıram, kim bu dövlətə xainlik edibsə cavab verəcək. Bu dövlət sizə nə edib?!" deyir.

Türkiyənin baş naziri Əhməd Davutoğlu sözügedən görüntülərlə bağlı araşdırma aparılması haqqında tapşırıq verib.

Bu gün isə məlum olub ki, həbs edilən terrorçular Hakkari vilayətinin Yüksəkova bölgəsindəki Yol Tikinti İdarəsinə hücuma hazırlaşırlamış. Terroçulardan çoxlu sayda ağır silahlar və partlayıcı qurğular ələ keçirilib.


Geri dön