Ana Sayfa > Karusel / Hadisə > Azərbaycanda ailə qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB

Azərbaycanda ailə qəzaya düşdü: ölən və yaralananlar var - YENİLƏNİB


18-05-2021, 09:29. Yazar: Xeberaz


09:01
Hacıqabulda ölüm və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində Tovuz rayonunun Ayıblı kənd sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yəhya oğlu hadisə yerində keçinib. Qəza zamanı daha 3 nəfər - Tovuz rayon sakinləri: 1953-cü il təvəllüdlü Hüseynov Vaqif Yəhya oğlu, 1960-cı il təvəllüdlü Hüseynova Sədaqət Yəhya qızı və 1995-ci il təvəllüdlü Hüseynov Elşən Fazil oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
08:52
Hacıqabulda ağər yol qəzası baş verib.
Hadisə Hacıqabul şəhəri ilə Bakı-Qazax magistralının kəsişməsində baş verib.
"Mercedes" markalı yük avtomobili "Ateko" markalı avtomobillə toqquşub.
Nəticədə Tovuz sakini, 1959-cu il təvəllüdlü Hüseynov Zirəddin Yahya oğluhadisə yerində ölüb, Tovuz rayinunun Əyyublu kənd sakini, 1953-cü il təvəllüdlü Hacıyev Vaqif Yahya oğlu və 1995-ci il təvəllüdlüHuseynov Elşən Fazil oğlu yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Geri dön