Ana Sayfa > Karusel / Şou-Biznes > "Rəqsanə qalmaqalı" böyüyür - Vüsaləyə söz atdı

"Rəqsanə qalmaqalı" böyüyür - Vüsaləyə söz atdı


11-05-2021, 11:59. Yazar: Xeberaz

Rəqsanədən Vüsaləyə iynəli sözlər

Müğənni Rəqsanə İsmayılovanın qalmaqallı çıxışı mətbuatın gündəmindən düşmür.

Xeberaz.az xəbər  verir ki, ifaçılardan sonra bu dəfə də aparıcı Vüsalə Əlizadə sənətçinin tənqidinə tuş gəlib.
Belə ki, Vüsalə proqramına çağırdığı ifaçılardan Rəqsanənin söylədiklərinə rəy bildirmələrini istəyib. Bu isə İsmayılova tərəfindən xoş qarşılanmayıb. Müğənni sosial şəbəkə hesabında video yayımlayaraq aparıcıya irad bildirib:
"Artıq istəmirəm, bu mövzu haqqında danışım. Vüsaləni çox istəyirəm. Ailə dostumuzdur. Münasibətimiz var. Amma, deyəsən, onun verilişində başqa mövzu yoxdur. Moskvadan kim Azərbaycana qayıdırsa, proqram çağırıb deyir ki, "Rəqsanə belə bir söz demişdi, bunu sizin haqqınızda söyləyib?"
Ay bacı, Moskvada başqa mövzu yox idi? Nə yaxşı ki, mən bu haqda danışdım".


Geri dön