Ana Sayfa > Karusel / Şou-Biznes > Oksana Rəsulova hamilədir? - AÇIQLADI

Oksana Rəsulova hamilədir? - AÇIQLADI


8-05-2021, 10:35. Yazar: Xeberaz

Rəqqasə-aktrisa Oksana Rəsulova


Aktrisa Oksana Rəsulova ikinci dəfə ana olmağa hazırlaşması barədə yayılan xəbərlərə münasibət bildirib.
Açıqlama verən Oksana bildirib ki, hamilə deyil: 
“Mən hamilə deyiləm. Sadəcə, dedim ki, ana olmağı planlaşdırıram. Bunun üçün də həkim müayinələrdən keçirəm. Dəqiq zaman bilmirəm. Bəlkə də 3-4 aya bu alına bilər. Amma hələ ki belə bir söhbət yoxdur. Allah qismət eləsin”. 

Qeyd edək ki, bu gün mətbuatda O.Rəsulovanın ikinci dəfə ana olmağa hazırlaşması barədə xəbərlər dərc olunub. 
 



Geri dön