Ana Sayfa > Karusel / Şou-Biznes / Məşhurların Taleyi > Şəbnəm Həcidən ayrılma xəbərlərinə cavab verdi

Şəbnəm Həcidən ayrılma xəbərlərinə cavab verdi


6-05-2021, 11:38. Yazar: Xeberaz

Şəbnəm Həcidən ayrılma xəbərlərinə cavab verdi

Müğənni Şəbnəm Tovuzlunun Həci adı ilə tanınan həyat yoldaşından ayrıldığı iddia olunub.Xeberaz.az xəbər verir ki, sosial şəbəkədə rəqs edən videosunu yayımlayan sənətçi tənqid atəşinə tutulub. O, görüntülərini qınayan izləyicisinə "Başa düşmədim, nə olub? Haramı açıb çölə qoymuşam? Biz müğənniyik, mahnılarımıza uyğun hərəkət edirik. Allaha şükür, ailəmiz, övladlarımız" sözlərini deyib.
Şəbnəm Həcidən ayrılması haqda suallara isə "Onu deyənin dili qurusun. Allah eləməsin, atamız başımızın üstündədir. 7 ildir ayrıldıq deyirlər. Amma hələ də yanımızdadır. Niyə çoxları narahatdır, bilmirəm" cavabını verib.
Qeyd edək ki, Şəbnəmin bu nikahdan bir oğlu var.



Geri dön