Ana Sayfa > Karusel / Gündəm / Hadisə / M2 > Türkiyədə polislərə növbəti hücum - Ölən və yaralılar var

Türkiyədə polislərə növbəti hücum - Ölən və yaralılar var


8-08-2015, 12:40. Yazar: Xeberaz

Türkiyədə polislərə növbəti hücum - Ölən və yaralılar var
Türkiyənin Şırnak vilayətində Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının zirehli polis maşınını minaatandan atəşə tutması nəticəsində bir polis əməkdaşı şəhid olub.

Xeberaz.az Azvision.az -a istinadən xəbər verir ki, hadisə Cizrə şəhərində baş verib.

Polislər yaraqlılarının təşkil etdikləri iğtişaşı yatırmaq üçün polislər hadisə yerinə zirehli texnikada gəliblər.

Zirehli maşınlardan birini yaraqlılar minaatanlardan atəşə tutublar, maşında olan polis həlak olub.

Maşında olan daha üç nəfər isə müxtəlif dərəcəli xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb.

Hazırda cinayətkarların tapılması istiqamətində əməliyyatlar aparılır.
Geri dön