Ana Sayfa > Karusel / Gündəm / M2 > Türkiyə ordusu geniş miqyaslı hərbi əməliyyata başlayacaq - İŞİD-ə qarşı

Türkiyə ordusu geniş miqyaslı hərbi əməliyyata başlayacaq - İŞİD-ə qarşı


8-08-2015, 12:20. Yazar: Xeberaz
Türkiyə ordusu geniş miqyaslı hərbi əməliyyata başlayacaq - İŞİD-ə qarşı
Ankara hərbi əməliyyat zamanı ölkə ərazisindəki hərbi bazalardan istifadə olunmasını təklif edib
“Yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin İŞİD-ə qarşı geniş miqyaslı hərbi əməliyyata başlayacağı gözlənilir”.

Xeberaz.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı koalisiyaya üzv olan ölkələrdən birinin adı açıqlanmayan nümayəndəsi deyib.

Ankaradakı nümayəndə bildirib ki, əvvəllər Türkiyənin təkbaşına İŞİD-in mövqelərinə hava zərbələri endirməsini istəməyiblər: “Hava əməliyyatları koalisiya qüvvələri ilə birlikdə aparılmalıdır”.

Türkiyənin İŞİD-ə qarşı həyata keçirdiyi hava əməliyyatlarının davam etdiriləcəyini vurğulayan nümayəndə qeyd edib ki, Türkiyə hərbi əməliyyatlar vaxtı ərazisindəki bir neçə hərbi bazanın istifadə olunmasını təklif edib.

Nümayəndə PKK-nı terror təşkilatı kimi tanıdıqlarını da bəyan edib.
Geri dön