Ana Sayfa > Karusel / Hadisə / M2 > Yevlaxda avtomobil kanala düşüb, sürücü ölüb

Yevlaxda avtomobil kanala düşüb, sürücü ölüb


7-08-2015, 23:40. Yazar: Xeberaz
Yevlaxda avtomobil kanala düşüb, sürücü ölüb
FHN məlumat yayıb.

Yevlaxda ağır yol qəzası baş verib.

Xeberaz.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Yuxarı Şirvan kanalının Yevlax rayonu ərazisindən keçən hissəsinə “QAZ” markalı minik avtomobili düşüb.

Nəticədə, 1981-ci il təvəllüdlü Məmmədov Rəşad Faiq oğlu avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər R.Məmmədovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 21:25-də başa çatıb.
Geri dön