Ana Sayfa > Karusel / İdman / M2 > Çempionlar Liqasının püşkü atıldı - Pley-off

Çempionlar Liqasının püşkü atıldı - Pley-off


7-08-2015, 16:19. Yazar: Xeberaz
Çempionlar Liqasının püşkü atıldı - Pley-off
Bu gün İsveçrənin Nion şəhərində futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Xeberaz.az xəbər verir ki, pley-off mərhələsində qarşılaşacaq cütlüklərin adları məlum olub.

Ağdamın “Qarabağ” klubunu mübarizədən kənarlaşdıran Şotlandiyanın “Seltik” klubu pley-off mərhələsində İsveç “Malmö”sü ilə qarşılaşacaq.

Çempionların səbətində yer alan cütlüklər:

"Astana" (Qazaxıstan) - APOEL (Kipr)

"Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya, Zaqreb)

"Seltik" (Şotlandiya) - "Malmö" (İsveçrə)

"Bazel" (İsveç) - "Makkabi" (İsrail)

BATE (Belarus) - "Partizan" (Serbiya)

Qeyri-çempionların səbətində yer alan cütlüklər:

"Latsio" (İtaliya) - "Bayer" (Almaniya)

"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)

"Sportinq" (Portuqaliya) - ÇSKA (Rusiya)

"Rapid" (Avstriya) - "Şaxtyor" (Ukrayna)

"Valensiya" (İspaniya) - "Monako" (Fransa)

Pley-off mərhələsinin ilk oyunları 18 və 19 avqustda keçiriləcək. Cavab görüşləri isə 25 və 26 avqustda baş tutacaq.
Geri dön