Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya / İdman / Həftə-Reytinq > Türkiyə yığması Latviya ilə matçda xal itirib

Türkiyə yığması Latviya ilə matçda xal itirib


31-03-2021, 02:56. Yazar: Xeberaz
Türkiyə yığması Latviya ilə matçda xal itirib

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
"Xeberaz.Az" xəbər verir ki, Avropa zonasının G qrupunda yer alan “ay-ulduzlular” III turda Latviya ilə görüşüb.
İlk iki turda Niderlandı 4:2, Norveçi 3:0 hesabı ilə məğlub edən Şenol Günəşin yetirmələri yenə məhsuldarlıq nümayiş etdirib. Lakin 3 qol qardaş ölkə təmsilçisinə qələbə üçün yetərli olmayıb. 3:3 hesablı heç-heçə ilə xal hesabını 7-yə çatdıran türkiyəlilər vahid liderliyi ələ keçirib.
Bununla da xal hesabını 9-a çardıran Türkiyə qrupun vahid lideri olub. Qrupun digər oyunlarında qonaqlar qələbə qazanıb. Norveç Monteneqronu 1:0, Niderland Cəbəllütariqi 7:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, növbəti turun matçları sentyabrın 1-də keçiriləcək. Türkiyə Monteneqronu, Norveç Niderlandı, Latviya Cəbəllütariqi qəbul edəcək.

Geri dön