Ana Sayfa > Karusel / Gündəm / Hadisə / Dünya / M2 > İraqda Kəniz olmaq istəməyən 19 qadın güllələndi

İraqda Kəniz olmaq istəməyən 19 qadın güllələndi


7-08-2015, 11:30. Yazar: Xeberaz
İraqda Kəniz olmaq istəməyən 19 qadın güllələndi
"İraq və Şam İslam Dövləti " (İŞİD) terror təşkilatı İraqda girov götürdüyü 19 qadını edam edib.
Güllələnən qadınların "suçu" kəniz olmaq və salındıqları "hərəmxana"ların sahibləri ilə cinsi əlaqəyə girmək istəməmələri idi.

Xeberaz.az Milli.Az-a istinadən bildirir ki, qadınlar İraqın Mosul şəhərində edam olunublar. Onların 15-i iraqlı ərəb, dördü isə yezid olub.

Onlar şəhərin mərkəzi meydanlarından birində güllələniblər.
İyun ayında İŞİD rəhbərliyi "Mömin müsəlmanlar üçün yeni qaydalar" adlı "qanunlar məcəlləsi"ndə terror təşkilatının nəzarətindəki ərazilərin kişi sakinlərinə 9 yaşına çatmış qızlarla nikah bağlamağa, habelə yetkinlik yaşına çatmamış qızları kəniz kimi saxlamağa icazə vermişdi.
Geri dön