Ana Sayfa > Karusel / Gündəm / M2 > Türkiyə açıqladı: “Ən qısa zamanda başlayırıq”

Türkiyə açıqladı: “Ən qısa zamanda başlayırıq”


5-08-2015, 14:49. Yazar: Xeberaz
Türkiyə açıqladı: “Ən qısa zamanda başlayırıq”
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu İŞİD-lə bağlı açıqlama verib.

ATV.az bildirir ki, nazir İŞİD-ə qarşı genişmiqyaslı mübarizənin ən qısa zamanda başlayacağını bildirib:

“Vətəndaşımıza zərər dəyməsin deyə hər zaman addımlarımızı diqqətlə atmışıq. Bu dəfə də diqqətli olmağa davam edəcəyik. Bu yaxınlarda İŞİD-ə qarşı daha böyük əməliyyatlarımız başlayacaq”.

Çavuşoğlu həmçinin ABŞ-la əldə edilən İncirlik bazası məsələsi haqqında da danışıb və irəliləmələrin xoşagələn olduğuna diqqət çəkib.
Geri dön