Ana Sayfa > Karusel / Hadisə / M2 > Avropaya gözəl həyat ardınca gedirdi - Çemodanda boğuldu

Avropaya gözəl həyat ardınca gedirdi - Çemodanda boğuldu


4-08-2015, 15:42. Yazar: Xeberaz
Avropaya gözəl həyat ardınca gedirdi - Çemodanda boğuldu

27 yaşlı mərakeşli gənc qanunsuz yolla İspaniyaya keçmək istəyərkən çemodanda boğularaq ölüb.
Cemodanın olduğu avtomobil Almeriya limanına çatdığı zaman, gənc artıq boğulubmuş.

Cəsədin yerləşdiyi maşını idarə edən sürücü mərhumun qardaşı olub. Onu qardaşının ölümündə ittiham edərək dərhal həbs ediblər.

Qeyd edək ki, qardaşının nəfəs almadığını anlayan sürücü maşını saxlayıb və yadım etmək istəyib. Lakin nə o, nə də sonradan gələn təcili yardım onu xilas edə bilib.

Xatırladaq ki, təkcə bu il Aralıq dənizi vasitəsilə Avropaya keçmək istəyərkən ölənlərin sayı 2000-i keçib.
Geri dön