Ana Sayfa > Karusel / Hadisə / Dünya / İdman / M2 > 5 futbolçunu oyunda öldürdülər

5 futbolçunu oyunda öldürdülər


4-08-2015, 13:47. Yazar: Xeberaz
5 futbolçunu oyunda öldürdülər
Salvadorun Delqado şəhərində baş tutan oyun zamanı futbol komandasının beş oyunçusu naməlum şəxslər tərəfindən güllələnib.

Xeberaz.az Azvision.az saytına istinadən xəbər verir ki, futbolçulara 10 nəfər atəş açıb.

İnsident iki həvəskar komandanın oyunu zamanı baş verib. Tranzit koloniyasının (vilayət) komandası İkinci Müqəddəs Marqarita yığması ilə qarşılaşıb. Öldürülən futbolçuların hamısı Tranzit koloniyasının oyunçularıdır.

Cinayətkarlar oyunun sonlarında meydana çıxıb, atəş açıblar. Ehtimal olunur ki, onlar San-Antonio çayı vasitəsilə bura gəliblər. Onların hamısı tapança ilə silahlanıb.

Gözlənilməz hadisə nəticəsində çaxnaşma yaşanıb. Güllələrdən yayınmağa çalışan azarkeşlər meydana axışıblar. Polis hələ ki, hücum edənlərdən heç kimi saxlaya bilməyib.

Hadisənin baş verdiyi ərazi iki müxtəlif cinayətkar qrupun nəzarətində olan yerlərlə sərhəddə yerləşir.
Geri dön