Ana Sayfa > Karusel / Hadisə / Şou-Biznes / M2 > Məşhur türk müğənninin evində intihar

Məşhur türk müğənninin evində intihar


4-08-2015, 13:34. Yazar: Xeberaz
Məşhur türk müğənninin evində intihar

Türkiyənin ən populyar, nüfuzlu sənətçilərindən olan Selami Şahinin asistenti, 32 yaşlı Serkan Büyükavşar özünü asıb.

Xeberaz.az Milli.Az-a istinadən bildirir ki, olay S.Şahinin İstanbulun Şişli səmtində, İskenderoğlu küçəsi, 39 ünvanda yerləşən evində baş verib.

Həkimlərin bütün səylərinə rəğmən, S.Büyükavşarı ölümün cəngindən almaq mümkün olmayıb.

Polisdən verilən məlumata görə, sənətçinin köməkçisinin intiharının səbəbləri araşdırılır. İlkin versiya kimi S.Büyükavşarın dərin depressiyada olması qəbul olunub.

Son vaxtlar Serkan Büyükavşar "Sana Bir Sır Vereceğim" serialındakı aktrisa Demet Özdemir ilə birlikdə idi.
Geri dön