Ana Sayfa > Karusel / Maraqlı / M2 / Xəbəraz TV > Öz toyunda sərxoş olan bəy gəlini rüsvay etdi - VİDEO

Öz toyunda sərxoş olan bəy gəlini rüsvay etdi - VİDEO


3-08-2015, 21:44. Yazar: Xeberaz
Öz toyunda sərxoş olan bəy gəlini rüsvay etdi - VİDEO

ABŞ-ın Siettl şəhərində olduğu vurğulanan bu toyun videosu sosial şəbəkələrdə sürətlə yayılmaqdadır. Video YouTube-da paylaşılandan sonra isə ona cəmi iki sutkada 1 milyon nəfərdən artıq insan baxıb.
Xeberaz.az Milli.Az-a istinadən bildirir ki, videonu yayan amerikalı Lüsi Dananın dediyinə görə, toyda bəyin belə hərəkətini kimsə ağlına da gətirməzdi.

İçib sərxoş olmuş bəy stulda əyləşmiş gəlinin qucağına oturmaq istəyib. Bundan əvvəlsə o, "İndi erotik rəqs edəcəyəm" söyləyib.

Daha sonra gəlinin qarşısnıda diz çökən təzə bəy corabbağını çıxarmağa çalışsa da, alınmayıb. Sonucda o, dartıb çıxardığı corabbağını dişləri ilə tutaraq başını yelləməyə başlayıb.

Hirsindən gözləri yaşaran gəlin "Bəsdir, biabır etdin bizi! Bəsdir!" desə də, sərxoş bəy öz aləmində idi.

Bəyin qardaşları və atası onu zorla dartaraq gəlindən aralayıblar.

Geri dön