Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > Pakistanda dəhşətli sel - 140 nəfər öldü

Pakistanda dəhşətli sel - 140 nəfər öldü


3-08-2015, 21:39. Yazar: Xeberaz
Pakistanda dəhşətli sel - 140 nəfər öldü

Pakistanda musson yağışları şiddətli selin yaranmasına səbəb olub.

Son iki həftədə davam edən sel yağışları ölkənin şimal-qərbindəki Xeybər-Pakthunkva və Pəncab əyalətlərini yararsız hala salıb.

Rəsmilərin verdiyi məlumata görə, ölənlərin sayı140 nəfərə çatıb. 800 nəfər ərazidən evakuasiya edilib. Yüzlərlə ev isə sular altında qalıb.

Qeyd edək ki, ötən il Pakistanda sel suları nəticəsində 300-dən çox insan həyatını itirdi. Ölkə tarixinin ən böyük sel fəlakəti isə 2010-ci ildə İndus çayının daşması nəticəsində yaşanmışdı. aznews.az
Geri dön