Ana Sayfa > Karusel / İdman / M2 > "Atletik"lə oyunun biletləri "İnter Arena"da - Tələsin...

"Atletik"lə oyunun biletləri "İnter Arena"da - Tələsin...


3-08-2015, 20:57. Yazar: Xeberaz
"Atletik"lə oyunun biletləri "İnter Arena"da - Tələsin...

Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "İnter" - "Atletik" (Bilbao) matçının biletləri satışa çıxarılıb.

"İnter"in rəsmi "facebook" səhifəsinin verdiyi məlumata görə, azarkeşlər biletləri "İnter Arena" stadionunun kassasından əldə edə bilərlər.

Biletlərin qiyməti sektorlara görə 2-3 manat arasında dəyişir.

Qeyd edək ki, avqustun 6-da keçiriləcək "İnter" - "Atletik" oyunu saat 21:00-da başlayacaq. //Qol.az
Geri dön