Ana Sayfa > Karusel / Hadisə / M2 > Düz bağırsağını "narkotik anbarı" elədi - Sərhəddə saxlanıldı

Düz bağırsağını "narkotik anbarı" elədi - Sərhəddə saxlanıldı


3-08-2015, 19:15. Yazar: Xeberaz
Düz bağırsağını "narkotik anbarı" elədi - Sərhəddə saxlanıldı

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində Azərbaycan vətəndaşları - Samit Baxşiyev və Fizuli Əmənov birlikdə piyada yolla İrandan Azərbaycana gələrkən onların üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı F.Əmənovun daxili orqanından (düz bağırsağından) 2 ədəd bağlamada ümumi xalis çəkisi 56,396 qram olan narkotik vasitə - heroin, 1 ədəd bağlamada xalis çəkisi 2,47 qram olan narkotik vasitə - həşiş və ümumi sayı 29 ədəd həb şəklində olan narkotik vasitə - metadon aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.
Geri dön