Ana Sayfa > Karusel / Gündəm / M2 > Ərdoğandan azərbaycanlı əsgərə toy hədiyyəsi

Ərdoğandan azərbaycanlı əsgərə toy hədiyyəsi


3-08-2015, 15:36. Yazar: Xeberaz
Ərdoğandan azərbaycanlı əsgərə toy hədiyyəsi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan-Azərbaycan cəbhə xəttində ötən il baş verən qarşıdurmada yaralanan azərbaycanlı əsgərə məişət əşyaları hədiyyə edib.

Xeberaz.az-ın baku.ws-dən aldığı məlumata görə, ötən il Türkiyədə müalicə alan Elvin Əsgərov Azərbaycana qayıtdıqdan sonra evlənmişdi. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) sədri Serdar Şam, Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkili Lütfiyə Səlva Şam və azərbaycanlı millət vəkili Məlahət İbrahimqızı həmin əsgərin özü və ailəsiylə görüşüb. Görüşdə gənc cütlüyə hədiyyələr təqdim edilib.

E.Əsgərov isə hədiyyələrə görə Türkiyə dövlətinə təşəkkürlərini çatdırıb: "Məni müalicə edib sağlam şəkildə evimə göndərdilər. Allah hamısından razı olsun. Göydə Allah, yerdə iki dövlətimiz. Mənim üçün bu iki ölkə arasında heç bir fərq yoxdur. Türkiyədə baş verən hadisələrdən xəbərim var. Allah şəhidlərimizə rəhmət etsin. Allahın köməyi ilə hər şey yaxşı olacaq və ədalət yerini tapacaq”, deyə E.Əsgərov bildirib.

Millət vəkili Lütfiyə Səlva Şam da E.Əskərovu sağlam görməyin çox sevindirici olduğunu qeyd edib. Türkiyədə baş verən terror hadisələri səbəbiylə kədərini dilə gətirən və şəhidləri rəhmətlə andığını ifadə edən Şam, azərbaycanlıların da Türkiyənin kədərini paylaşdığını bildiyini söyləyib.

Çanaqqala müharibəsindən şəhid olan Azərbaycanlılardan və Bakının qurtuluşu üçün həyatlarını fəda edən Osmanlı əsgərlərindən bəhs edən Şam, iki ölkənin sülh və əmin-amanlıq içərisində yaşamasını arzu etdiklərini söyləyib.

Xatırladaq ki, ötən ilin avqust ayında Ermənistan-Azərbaycan cəbhə xəttində baş verən qarşıdurmalarda 13 Azərbaycan əsgəri şəhid olmuşdu. Yaralanan əsgərlərdən üçü isə TİKA vasitəsilə Səhiyyə Nazirliyinə məxsusu təcili yardım təyyarəsi ilə Türkiyəyə müalicəyə göndərilmişdi.
Geri dön