Ana Sayfa > Karusel / Hadisə / Dünya / M2 > 14 yaşlı məktəblini velosipedə görə öldürdülər - VİDEO

14 yaşlı məktəblini velosipedə görə öldürdülər - VİDEO


3-08-2015, 11:32. Yazar: Xeberaz
14 yaşlı məktəblini velosipedə görə öldürdülər - VİDEO
Rusiyanın Ulyanovsk şəhərində 14 yaşlı məktəbli 5 bıçaq zərbəsi ilə öldürülüb. Qətlə yetirilmiş yeniyetmənin cəsədi şəhərin mərkəzindəki parkda tapılıb.

Xeberaz.az Milli.Az-a istinadən bildirir ki, qətlin dünən 14 radələrində törədildiyi güman olunur.
14 yaşlı Artyom M. şəhərin mərkəzindəki Matrosov adına parkda dostu ilə birlikdə velosiped sürərkən onlara yaşca böyük olan bir dəstə yeniyetmə yaxınlaşıb. Gələnlər velosipedə minmək istədiklərini deyiblər, Artyom "yox" cavabı verib. Dava başlanıb. Artyomun dostu yardım dalınca qaçıb.
O qayıdanda isə Artyom M. yerdə, qan içində idi.

Artyom M. Ulyanovsk şəhərindəki 2 saylı gimnaziyanın şagirdi idi.

Geri dön