Ana Sayfa > Karusel / Maraqlı / M2 > Şok iddia: - "Kriştianu Ronaldu məni tovlamaq istəyir"

Şok iddia: - "Kriştianu Ronaldu məni tovlamaq istəyir"


3-08-2015, 10:46. Yazar: Xeberaz
Şok iddia: - "Kriştianu Ronaldu məni tovlamaq istəyir"

"Ona sevgilimin olduğunu, sevgilimi çox sevdiyimi və ailə qurmağa hazırlaşdığımızı dedim. Dinləmədi, sözlərimi qulaqardına vurdu. Məndən əl çəkmirdi. Elə indi də rahat buraxmır".
Avstraliyalı model, Melburn şəhərində yaşayan Alina Limanın dediyinə görə, İspaniyanın "Real" (Madrid) klubunun 30 yaşlı portuqaliyalı ulduzu Kriştianu Ronaldu onu tovlayır.

Xeberaz.az Milli.Az-a istinadən bildirir ki, modelin dediyinə görə, 30 yaşlı Ronaldu onu "Real"ın Melburnda "Down Under" turnirində iştirakı zamanı görüb.

"Trenajor zalında məni gördü. Yaxınlaşdı, tanış olmaq istədiyini dedi. Sevgilimin olduğunu söyləsəm də, əl çəkmədi. Onunla münasibətlər qurmaq niyyətim yoxdur. Amma Ronaldu sakitləşmir, elə hey mesajlar yollayır, zəng vurur", - Alina Lima söyləyib.

"Down Under" turniri Beynəlxalq Çempionlar Kubokunun qeyri-rəsmi adıdır. Bu turnir çərçivəsində "Real" Melburnda İngiltərənin "Mançester Siti" klubu ilə qarşılaşmışdı.

Geri dön