Ana Sayfa > Karusel / Gündəm / Fotogalereya > Azərbaycanın ən məşhur Zaurunun ad günüdür (FOTO)

Azərbaycanın ən məşhur Zaurunun ad günüdür (FOTO)


2-08-2015, 23:41. Yazar: Xeberaz
Azərbaycanın ən məşhur Zaurunun ad günüdür (FOTO)
Fəxrəddin Manafovun 60 yaşı tamam olur.
Bu gün xalq artisti Fəxrəddin Manafovun ad günüdür. ANS PRESS-in məlumatına görə, aktyorun 60 yaşı tamam olur.

Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.

1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülub.

Bir çox filmlərdə rol alıb. Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur.

Geri dön